Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 05:20
ABŞ administrasiyası silahlara nəzarət sahəsində yalnız Rusiya və Çinin də iştirak etdiyi üçtərəfli razılaşmaların bağlanmasının tərəfdarıdır. APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Əgər XXI əsrdə həqiqi silahlara nəzarət sazişi olacaqsa, o, Çini də əhatə etməlidir”, – deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, Pekin strateji nüvə başlıqlarının sayına görə Rusiya və ABŞ-dan geri qaldığını əsas gətirsə də, bu arqument əhəmiyyətli deyil.
“Onların mövqeyi ondan ibarətdir ki, strateji nüvə başlıqlarının sayına görə Rusiya və ABŞ-dan geri qalırlar. Onların b sayı bərabərləşmək imkanı var və bu istiqamətdə sürətlə irəliləyirlər”, – deyə ABŞ dövlət katibi qeyd edib.