Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 04:48
Macarıstan Ukraynanın Rusiya ilə sülh əldə olunduqdan sonra 800 minlik ordu saxlaması ideyasına qarşıdır. APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib.
“Düşünürəm ki, Ukrayna ordusunun mümkün qədər kiçik olması bizim maraqlarımıza uyğundur”, – deyə Orban "Patriota" adlı "YouTube" kanalına müsahibəsində qeyd edib.
Baş nazirin sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün təhlükəsizlik balansı nəzərə alınmalıdır.