Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 06:49
Slovakiyanın şimal-şərqində yerləşən Yüksək Tatra dağlarında qar uçqunu nəticəsində iki xizəkçi həlak olub. APA xəbər verir ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.
Şahidlərin çağırışı əsasında hadisə yerinə helikopterlə çatdırılan xilasedicilər bir neçə metr qalınlığında qar qatının altından çıxarılan xizəkçilərə tibbi yardım göstərməyə çalışsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.