Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 11:56
Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb.
APA xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.
ABŞ tərəfini Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.
Görüş İranın nüvə sənədinə həsr olunub.
İlqar Xudiyev İranın xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqları Cenevrə Oman