Türkiyə Müdafiə Nazirliyi Ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib

Tarix: 26 Feb 2026 13:20

Türkiyə Milli Müdafiə Nazirliyi son günlər ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, ordunun təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair yayılan xəbərlərə münasibət bildirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Nazirlik bu iddiaların əsassız olduğunu açıqlayıb.

Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyi vurğulanıb.

“Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür. Bəzi mətbuat orqanlarında və sosial media platformalarında yer alan “ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Türkiyənin də təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığı” barədə iddialar həqiqəti əks etdirmir”, – açıqlamada qeyd olunub.

Dəryanur Cəfərova Türkiyə Ordusu Müdafiə Nazirliyi İran ABŞ

Xəbər Lenti