Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 13:15
Cenevrədəki İran-ABŞ danışıqlarının üçüncü raundunun gündəliyi əvvəlki ilə müqayisədə dəyişməyib.
APA xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmaıl Bəqayi bildirib.
O qeyd edib ki, Tehran ABŞ sanksiyalarının ləğvini və nüvə enerjisindən sülh məqsədilə istifadə etmək hüququnun tanınmasını tələb edir.
“Bir neçə dəfə bildirdiyimiz kimi, danışıqların mövzusu nüvə məsələsi üzərində cəmlənib. Sanksiyaların ləğvi və İranın nüvə enerjisindən sülh məqsədilə istifadə etmək hüququ məsələsində mövqeyimiz Oman tərəfinə çox aydın şəkildə izah olunub. Bu məsələlər tərəflər arasında danışıqlar zamanı ətraflı şəkildə müzakirə ediləcək”, - diplomat vurğulayıb.
İlqar Xudiyev İran-ABŞ nüvə danışıqları Cenevrə sanksiyaları ləğvi