Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 15:42
İsrail və Hindistan arasında əməkdaşlıqla bağlı 16 sənəd imzalanıb.
APA-nın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, sənədləri İsrailin xarici işlər naziri Gideon Saar və onun hindistanlı həmkarı Subrahmanyam Cayşankar imzalayıb.
Anlaşma Memorandumları kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlığı əhatə edir. Eyni zamanda, İsraillə Hindistan arasında müdafiə sənayesində birgə istehsalla bağlı razılıq əldə olunub.
İsrail Baş naziri Benyamin Netanyahu hindistanlı həmkarının səfərinin “inanılmaz nəticələr”lə yadda qaldığını bildirib.
Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modinin başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdədir.
Toğrul Quluzadə İsrail Hindistan əməkdaşlıq memorandum