"Epşteyn işi"ndə adı hallanan Davos Forumunun baş icraçı direktoru istefa verib

Tarix: 26 Feb 2026 16:01

Dünya İqtisadi Forumunun (DİF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.

APA “The Independent”ə istinadən xəbər verir ki, o, Cefri Epşteynlə əlaqələrinin araşdırılması prosesinin yekunlaşmasından sonra bu qərarı qəbul edib.

O, istefa ərizəsi ilə bağlı bəyanatında Epşteynlə bağlı məsələyə toxunmayıb.

“Diqqətlə düşündüm və Dünya İqtisadi Forumunun baş icraçı direktoru vəzifəsindən istefa vermək qərarına gəldim”, - Brende qeyd edib.

Xatırladaq ki, onun Epşteynlə yazışmaları ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində əvvəlcədən bilinən məsələlərdən başqa yeni heç bir detal tapılmayıb.

Toğrul Quluzadə Dünya İqtisadi Forumu istefa Borge Brende Davos Epşteyn

Xəbər Lenti