Rusiya MN-lə müqavilə bağlamış əcnəbilərin ekstradisiyası qadağan edilib

Tarix: 26 Feb 2026 18:02

Rusiya Dövlət Duması Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək.

“Bundan əlavə, Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş belə vətəndaşlara münasibətdə onların deportasiyası, readmissiyası və ya Rusiya Federasiyasında qalmasının arzuolunmazlığı barədə qərarların qəbul edilməsinin qadağan edilməsi nəzərdə tutulur”, - Rusiya Dövlət Dumasının saytında yerləşdirilən məlumatda bildirilib.

Fərid Əkbərov Dövlət Duması əcnəbilər Rusiya Müdafiə Nazirliyi

Xəbər Lenti