BVF Ukrayna üçün 8,1 milyard dollarlıq krediti təsdiqləyib

BVF Ukrayna üçün 8,1 milyard dollarlıq krediti təsdiqləyib

Tarix: 27 Feb 2026 04:23

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyə proqramını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə BVF-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə şura 8,1 milyard dollar məbləğində "Genişləndirilmiş Fond Mexanizmi çərçivəsində yeni 48 aylıq proqram"ı təsdiqləyib. Bu vəsaitin 1,5 milyard dolları dərhal Kiyevə veriləcək.

Mənbə: apa.az

Xəbər Lenti