Tramp Britaniyadan İrana zərbə endirmək üçün oradakı bazadan istifadəyə icazə verməsini istəyir

Tarix: 27 Feb 2026 06:28

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyadan ABŞ Hərbi Hava Qüvvələrinə İrana mümkün zərbələr endirmək üçün oradakı bazadan istifadə etməyə icazə verməsini istəyir.

APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadən məlumat verib.

Əgər London bundan imtina edərsə ABŞ Böyük Britaniya və Mavriki arasında Hind okeanındakı Çaqos arxipelaqı üzərində suverenliyin ölkəsinə verilməsi barədə razılaşmanı dəstəkləməkdən imtina edəcək.

Qeyd edək ki, sözügedən baza Dieqo Qarsiya adasında yerləşir. 1966-cı il müqaviləsinə əsasən baza Böyük Britaniya və ABŞ tərəfindən birgə idarə olunsa da, oradan adi əməliyyatlardan kənar əməliyyatlar üçün istifadə zamanı Londonun razılığı tələb olunur.

Xəbər Lenti