Daha altı ABŞ hərbi yanacaqdoldurma təyyarəsi İsrailə enəcək

Tarix: 27 Feb 2026 07:32

ABŞ ordusu Yaxın Şərqdə hərbi varlığını artırdığı üçün daha altı ABŞ hərbi yanacaqdoldurma təyyarəsinin İsrailə enişi gözlənilir.

APA xəbər verir ki, bu barədə İsrailin i24 televiziya kanalı mənbələrə və mütəxəssislərə istinadən məlumat yayıb.

Məlumata görə, altı ABŞ yanacaqdoldurma təyyarəsinin Tel-Əvivdəki Ben Qurion Hava Limanına enişi gözlənilir.

Beş KC-46 təyyarəsi Nyu-Hempşirdəki Portsmut Beynəlxalq Hava Limanından, altıncısı isə Şimali Karolinadakı “Seymour Johnson” Hərbi Hava Qüvvələri Bazasından yola düşəcək.

Xəbər Lenti