Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 14:46
Kanada Baş naziri Mark Karni bu gün Hindistana ilk rəsmi səfərini edəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Karni Yeni Delhidə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq.
O, Hindistana səfəri zamanı Mumbayda iş adamları ilə görüşəcək və geniş ticarət razılaşması üzrə danışıqlar aparacaq.
Məlumata görə, Karni Hindistandan sonra Avstraliya və Yaponiyaya da səfər edəcək.
Bildirilir ki, Karni Uzaq Şərqlə, o cümlədən Çin, eləcə də Hindistanla daha yaxın əlaqələr qurmağa çalışır. Baş nazirin bununla Kanadanın ABŞ-dan asılılığını azaltmaq və yeni qlobal ticarət nizamı yaratmaq istədiyi bildirilir.
İlqar Xudiyev Kanada Hindistan rəsmi səfər