Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 14:23
Cəbrayıl rayonunun Horovlu kəndinə köçən daha 40 ailəyə evlərin açarları təqdim olunub.
APA-nın bölgə müxbiri xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə ümumilikdə 196 nəfər köçürülüb.
***
13:07
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
APA xəbər verir ki, bu gün Horovlu kəndinə 40 ailə (196 nəfər) köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Elgün Gəncimsoy Köç Cəbrayıl Horovlu kəndi













