Əfqanıstan Pakistanda hərbi düşərgə və qərargahlara hava zərbələri endirib

Tarix: 27 Feb 2026 15:50

Bu gün Əfqanıstan ordusu Pakistanda müxtəlif bölgələrdə yerləşən obyektlərə hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İslamabadın Fəyzabad şəhəri yaxınlığında yerləşən hərbi düşərgəyə, Noshəhrə, Cəmrud və Abbottabad şəhərlərindəki hərbi qərargahlara zərbələr endirilib.

Bildirilir ki, hava əməliyyatı uğurla başa çatıb, Pakistan ərazisindəki hədəflər məhv edilib.

İlqar Xudiyev Əfqanıstan Pakistan ərazisinə hava zərbələri

Xəbər Lenti