- , 22 Dekabr, 2024
Tarix: 24.11.2023 21:58
ABŞ-də “Qara Cümə” endirim kampaniyası çərçivəsində onlayn satışda 7,4 milyard dollarlıq alış-veriş edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ötən illərə nisbətdə bu il ABŞ və dünyanın digər ölkələrində alış-veriş mərkəzlərində insan sıxlığı çox yaşanmayıb. İnsanlar daha çox onlayn platformalar vasitəsilə istədikləri məhsulları əldə ediblər.
Qeyd edək ki, “Qara Cümə” dünyanın bir çox ölkələrində noyabr ayının sonuna kimi davam edəcək.