Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 00:33
İsrail İranla bağlı vəziyyəti yaxından izləyir. APA xəbəər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Effri Defrin bildirib. “İranla bağlı vəziyyəti yaxından izləyirik və İsrail vətəndaşlarını qorumağa hazırıq”, – deyə qurum rəsmisi deyib.
Onn sözlərinə görə, İsrail ordusu tərəfdaşlarla tam koordinasiyalı şəkildə fəaliyyət göstərir və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atılır.
“IDF qüvvələri yüksək hazırlıq vəziyyətindədir", – sözçü vurğulayıb.
O əlavə edib ki, hazırda təhlükəsizlik təlimatlarında dəyişiklik yoxdur. “Əgər hər hansı dəyişiklik olarsa, bu barədə dərhal məlumat veriləcək”, – deyə açıqlamada bildirilir.