Macarıstan və Serbiya benzin və dizel üçün yeni boru kəməri çəkəcək

Tarix: 28 Feb 2026 01:09

Macarıstan və Serbiya iki ölkə arasında tikilən neft kəmərinə əlavə olaraq neft məhsulları kəməri də inşa edəcək. Layihə benzin və dizel yanacağının tədarükünü təmin etməyə yönəlib.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Layihənin 2027–2028-ci illərdə başa çatdırılması planlaşdırılır.

Nazir qeyd edib ki, yeni kəmər yarımfabrikat neft məhsullarının daşınmasını sürətləndirəcək və benzinlə dizelin həm Macarıstana, həm də Serbiyaya etibarlı tədarükünü gücləndirəcək.

Xəbər Lenti