İsrail ordusu Hizbullah mövqelərinə zərbələr endirib

Tarix: 28 Feb 2026 10:19

İsrail ordusu Livanın cənubunda Hizbullah infrastrukturuna zərbələr endirib.

APA İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, ordu Hizbullahın “hərbçilərimizi və dövlətimizi hədəfə almaq üçün istifadə etdiyi yeraltı obyektləri” vurub.

Bəyanatda Hizbullahın öz hücum potensialını canlandırmağa çalışdığı və bunun İsrail və Livan arasında əldə olunan razılaşmalara zidd olduğu qeyd olunub.

Toğrul Quluzadə İsrail Livan Hizbullah zərbə

Xəbər Lenti