İsrail-İran münaqişəsi - SON DƏQİQƏ

Tarix: 28 Feb 2026 11:24

İrana qarşı hərbi əməliyyatlar aylarla davam edə bilər.

APA xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “Channel 12”ə danışıb.

Onun sözlərinə görə, İsrail bu əməliyyatda tam gücünü səfərbər edib və ABŞ İsraillə eyni cəbhədə yer alır.

Mənbə əlavə edib ki, əməliyyatın ilkin mərhələsi 4 gün davam edəcək.

***

11:17

Müharibənin sonu İsrailin əlində deyil.

APA xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi “X” hesabında yazıb.

“Xəbərdarlıq etmişdik. Elə bir yola girmisiniz ki, sonu sizin əlinizdə deyil”, - Əzizi qeyd edib.

Toğrul Quluzadə İran parlament əzizi

Xəbər Lenti