Cümə axşamı, 5 Mart, 2026
Tarix: 04 Mar 2026 23:50
İspaniya Ağ Evin Madridin ABŞ ordusu ilə hərbi əməkdaşlıq edəcəyinə dair iddialarını təkzib edib.
APA xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib.
“Mən bunu qəti şəkildə inkar edirəm . İspaniya hökumətinin Yaxın Şərqdəki müharibə, İranın bombalanması və bazalarımızın istifadəsi ilə bağlı mövqeyi heç də dəyişməyib", - o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt İspaniyanın ABŞ ordusu ilə əməkdaşlığa razılıq verdiyini bildirib.
"İspaniyaya gəldikdə, inanıram ki, onlar dünən prezidentin bəyanatını aydın şəkildə eşitdilər. Onlar bir neçə saat əvvəl ABŞ ordusu ilə əməkdaşlıq etməyə razılaşıblar", - o deyib.