Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 16:24
İspaniya İsraildəki səfirini geri çağırıb.
APA "El Pais"a istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İspaniyanın Təl-Əvivdəki səfirliyi müvəqqəti işlər vəkili tərəfindən idarə olunacaq.
Bu qərar İranla bağlı davam edən münaqişə fonunda yüksəlmiş diplomatik gərginlik dövründə verilib.
Son gərginliklərə baxmayaraq, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, ABŞ-la münasibətlər sabit olaraq qalır.
“Vaşinqtondakı səfirliyimiz normal fəaliyyət göstərir və adi qaydada sahib olması lazım olan bütün əlaqələrə malikdir”, – Albares jurnalistlərə bildirib.
İlqar Xudiyev İspaniya səfirin geri çağrılması İsrail