Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 18:51
ABŞ-ı onu müşayiət etməyə razı sala bilən istənilən tanker Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilər.
APA “Mehr”ə istinadən xəbər verir ki, bu barədə SEPAH donanmasının komandanı Əlireza Tənqsiri bildirib.
“Hansı bayraq altında üzməsindən asılı olmayaraq, ABŞ-ı onu müşayiət etməyə razı salacaq istənilən tankerin Hörmüz boğazından keçidinə zəmanət veririk”, - Tənqsiri qeyd edib.
Qeyd edək ki, İran ABŞ gəmilərinin Hörmüz boğazını keçməyə cəhd edəcəyi təqdirdə, vurulacağını bəyan edib.
Toğrul Quluzadə İran SEPAH Təngsiri ABŞ