Yaşar Gülər: Müharibə regionu “od halqasına” doğru aparır

Tarix: 11 Mar 2026 23:41

İran–İsrail və ABŞ arasında baş verən müharibə bölgəni yeni bir “od halqasına” doğru aparır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər səsləndirib.

O vurğulayıb ki, Türkiyə həm diplomatik danışıqlarda effektiv həllər təklif edir, həm də sahədə güclü hərbi çəkindiriciliyə malikdir. Türkiyə regiondakı, xüsusilə İran­dan Livana qədər uzanan gərginliyi diqqətlə izləyir və bütün ehtimalları nəzərə alaraq milli maraqlarına uyğun şəkildə təhlil edir.

“Son hadisələrə uyğun olaraq quruda, havada, dənizdə, sərhəd xəttində və kiberməkanda tədbirlərimizi artırmışıq. Ölkəmizin hüquq və mənafelərini hər bir şəraitdə qorumağa, xalqımızın etimadına layiq olmağa yönəlmiş əzmimiz, gücümüz və qətiyyətimiz tamdır”, – deyə Yaşar Gülər qeyd edib.

Xəbər Lenti