Baş nazirinin müavini: Neftə olan qlobal tələbat artmaqda davam edəcək

Tarix: 20 Feb 2024 12:14

Neft öz aktuallığını itirməyib və dünyada bu resursa tələbat ən azı 2040-cı ilə qədər artmaqda davam edəcək.

“APA-Economics” Rusıya mətbuatın istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, çoxları deyir ki, neft öz aktuallığını itirməyib: “Əminliklə deyə bilərəm ki, bu belə deyil. Bir çox ekspertlərin proqnozlarına görə, neft istehlakı hələ uzun müddət artmaqda davam edəcək".

Baş nazirin müavini onu da əlavə edib ki, ən azı 2040-cı ilə qədər neftin tələbatı üzrə artım tempi təxminən 14% təşkil edəcək (gündəlik istehlak ildə təqribən 1 mln. barel artacaq).

Xəbər Lenti