Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 19:00
Tehran ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezaiyə məktubuna cavab verməyib.
Bu barədə məlumatlı mənbə “Fars” agentliyinə bildirib.
O, ABŞ Vitse-prezidentinin Rezaiyə məktub ünvanladığını təsdiq edib və indiyə qədər sözügedən məktuba rəsmi Tehranın cavab vermədiyini vurğulayıb.
Mənbə əlavə edib ki, beynəlxalq mətbuatda məktubun mahiyyəti barədə yayılan spekulyasiyalar həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan əvvəl bir sıra media orqanlarında Ceyms Devid Vensin Mohsen Rezaiyə məktub ünvanladığı, danışıqlar prosesinin yenidən başladılması ilə bağlı təklif irəli sürdüyü ilə bağlı xəbərlər yayılıb.
Toğrul Quluzadə Ceyms Devid Vens Mohsen RezaiMənbə: apa.az