Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 18:07
İsraildə parlament seçkilərində səslərin 97,3%-i hesablanıb, lakin heç bir siyasi blok Knessetdə çoxluq qazana bilməyib.
"The Jerusalem Post" xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok Knessetdə 53, müxalifət bloku isə 48 mandat əldə edir.
Parlamentdə çoxluq formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.
Qalan bülletenlərin, o cümlədən hərbçilərin və diplomatların səslərinin hesablanmasından sonra yekun mandat bölgüsünün dəyişə biləcəyi bildirilir.
İlqar Xudiyev İsrail seçkilər KnessetMənbə: apa.az