Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 17:07
Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək.
APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çxıarılıb.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Firuzə Vahid Milli Məclis Özbəkistan MüqaviləMənbə: apa.az