Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 20:23
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ərazi məsələləri də daxil olmaqla, ən mürəkkəb mövzuları müzakirə etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib.
Onun sözlərinə görə, iki ölkə liderinin birbaşa görüşü sülh danışıqlarına yeni təkan verə bilər.
Nazir qeyd edib ki, Kiyev Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə belə bir görüşün keçirilməsinə hazırdır.
Sibiqa mümkün danışıqların nəticələri arasında hərbi əsirlərin mübadiləsini və ukraynalı uşaqların geri qaytarılmasını da qeyd edib.
Ukrayna Rusiya Volodimir Zelenski Vladimir Putin Andrey Sibiqa ərazi məsələləri sülh danışıqları əsir mübadiləsi
Mənbə: apa.az