Cümə axşamı, 12 Mart, 2026
Tarix: 12 Mar 2026 06:57
İran paytaxtı Tehranın ətrafında yerləşən Rabat-Kərim sənaye zonası havadan hücuma məruz qalıb.
APA xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehranın cənubunda yerləşən Rabat-Kərim sənaye zonasına ABŞ və İsrail tərəfindən yeni kütləvi bombardman həyata keçirilib.
Hücum nəticəsində maddi ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.