İsrail aviasiyası Beyrutun ətrafına zərbələr endirib

Tarix: 12 Mar 2026 03:27

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətrafında yerləşən Aramun bölgəsində zərbələr endirib.

APA xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri “Hizbulla” hərəkatına məxsus obyektləri hədəfə alaraq yerüstü hədəflərə bir neçə raket zərbəsi endirib.

Hücumun nəticələri və mümkün itkilərlə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, martın 4-də Aramun bölgəsinə edilən hava hücumu nəticəsində 6 nəfər ölmüşdü.

Xəbər Lenti