Kreml Şimal-Cənubun dayandırılması riskinin olub-olmamasına münasibət bildirib

Tarix: 12 Mar 2026 14:26

Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin davam edəcəyinə və həyata keçirilməsinə ümid edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov layihənin irəliləyişi və Yaxın Şərqdəki münaqişə səbəbindən onun dayandırılması riskinin olub-olmaması ilə bağlı suala cavab olaraq deyib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı artıq çox işlər görülüb:

"Aydındır ki, hazırda İran baxımından bu layihənin həyata keçirilməsi aparıla bilməz. Lakin regional dövlətlər qrupunun və əlbəttə ki, bizim maraqlarımıza gəldikdə, Rusiya bu layihədə maraqlıdır. Biz bu layihənin həyata keçirilməsinin davam etməsinə ümid edirik".

Fərid Əkbərov Kreml Şimal-Cənub dəhlizi Peskov İran

Xəbər Lenti