Tramp: İranın Yaxın Şərqi və bütün dünyanı məhv etməsinə heç vaxt imkan verməyəcəm

Tarix: 12 Mar 2026 17:27

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa diqqət yetirir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.

Tramp qeyd edib ki, ABŞ dünyanın ən böyük neft istehsalçısıdır və neft qiymətləri qalxdıqda ölkə böyük gəlir əldə edir.

ABŞ liderinin sözlərinə görə, Prezident kimi onun üçün daha böyük əhəmiyyət kəsb edən məsələ İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır: “Prezident kimi mənim üçün daha böyük maraq və əhəmiyyət “şər imperiyası - İranın” nüvə silahı əldə etməsinin qarşısını almaqdır”.

Tramp qeyd edib ki, Yaxın Şərqin və bütün dünyanın məhv edilməsinin qarşısını almaq onun üçün prioritetdir. ABŞ Prezidenti əlavə edib ki, İranın bunu etməsinə heç vaxt imkan verməyəcək.

ABŞ Donald Tramp İran

Xəbər Lenti