Cümə, 13 Mart, 2026
Tarix: 12 Mar 2026 22:35
ABŞ-ın Miçiqan ştatında naməlum silahlı şəxs sinaqoqda atəş açıb.
APA xəbər verir ki, naməlum şəxs əvvəlcə avtomobili sinaqoq binasına çırpıb, daha sonra isə avtomobildən enərək içəridəki insanlara atəş açıb .
Polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları binanı mühasirəyə alıblar. Tələfat barədə dəqiq məlumat yoxdur.
Hücumun Qərbi Blumfilddəki “Temple Israel” sinaqoqunda baş verdiyi bildirilir.
https://t.me/apa_az/115528