Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 21 Feb 2024 09:06
Fevralın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% – 38,563.80 bəndədək, S&P 500 indeksi 0,60% – 4,975.51 bəndədək, Nasdaq indeksi isə 0,92% – 15,630.79 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 20-də Fransanın CAC-40 indeksi 0,34% – 7,795.22 bəndədək artıb, FTSE 100 indeksi 0.12% –7,719.21 bəndədək, Almaniyanın DAX indeksi isə 0,14% – 17,068.43 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% artaraq 1.0816 dollar təşkil edib.