Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tarix: 13 Mar 2026 18:38

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyevlə görüşüb.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə səmərəli əməkdaşlığının iqtisadi inkişafda rolu vurğulanıb. Qeyd olunub ki, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Bankın Azərbaycanın özəl bankları ilə tərəfdaşlığı sahibkarlığın dəstəklənməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.

Görüş zamanı Azərbaycanın strateji inkişaf prioritetləri haqqında məlumat verilib, Bankla tərəfdaşlığın genişləndirilməsi potensialı diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanda həyata keçirilən prioritet layihələr, o cümlədən dövlət-özəl tərəfdaşlığı layihələri, sənaye zonaları, kiçik və orta sahibkarlığa dəstək istiqamətində birgə fəaliyyət perspektivləri barədə müzakirə aparıblar.

Əşrəf Mehdiyev bank əməkdaşlıq görüş

Xəbər Lenti