Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 00:37
Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.
Belə ki, “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və taksi kimi istifadə olunan avtomobilin 1985-ci il təvəllüdlü sürücüsü Bəylər İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Mingəçevir yol qəzası avtomobil qəzası Hyundai Chevrolet M.Maqomayev prospekti xəsarət alanlar yol-nəqliyyat hadisəsi
Mənbə: apa.az