Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 22 Feb 2024 10:12
Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrud-Füzili avtomobil yoları və "Zəfər yolu" üzrə işlər artıq bitib.
"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarında qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.