Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 09:29
Martın 18-i saat 15:00-da müasir müharibə hekayələrindən ibarət antologyanın təqdimatı keçiriləcək.
APA xəbər verir ki, “Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb.
Müəlliflər arasında Rafiq Tağı, Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Seymur Baycan, Nərmin Kamal kimi tanınmış yazıçılardan tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb.
Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır.
Müəlliflərin də qatıldığı təqdimat mərasiminə giriş sərbəstdir.
Günay Elşən toplu təqdimat hekayə “Kəndə gün doğanda qayıdacağıq" müharibə