Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 09:27
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 1,56% artaraq 1 barelə görə 104,75 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,04% artaraq 97,85 ABŞ dollarına bərabər olub.
Emil İsmayılov neftin qiyməti Brent WTI