Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 11:37
2025-ci ildə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 6,1% artaraq 1 milyard 441 milyon dollar təşkil edib.
"APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O qeyd edib ki, bundan başqa, portfel investisiyaları maddəsi kəsirlidir, lakin bu kəsir aktivlər hissəsində bizim portfelimizin (aktivlərimizin) artması ilə bağlıdır.
Ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələr, neft-qaz sektoru müəssisələri, banklar və investisiya şirkətləri xaricdən böyük həcmdə portfel investisiyası yatırıblar. Əsasən ABŞ-ın (US Treasuries) dövlət borc qiymətli kağızlarına investisiya edilib. Portfel investisiyalarının bu həcmdə artması növbəti dövrlərdə cari əməliyyatlar balansının ilkin gəlirlər hesabının profisitinin artmasına xidmət edəcək. Öhdəliklər tərəfində isə demək olar ki, dəyişiklik yoxdur.
Rahim Tarıverdiyev birbaşa xarici investisiyalar