Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 6%-ə yaxın artıb

Tarix: 17 Mar 2026 13:11

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 439 milyon 81.16 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən iki ayda yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 5,7% çoxdur.

Ötən iki ayda qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,89% təşkil edib.

Hesabat dövründə ölkəyə 17 milyon 892 ABŞ dolları dəyərində 7 471 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 13,7%, həcm baxımından isə 0,12% artıb.

Yanvar-fevral aylarında ölkəyə 7 milyon 509 ABŞ dolları dəyərində (60% çox) 4 472 ton (36% çox) süd idxal olunub.

İlahə Səlimova yeyinti məhsulları idxal

Xəbər Lenti