Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 13:11
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 75 416 min ABŞ dolları dəyərində 103 614,61 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% çox, həcmi isə 7,1% az olub.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neft məhsulları