Fiziki şəxslərin idxal etdiyi məhsullar üzrə idxal 30%-ə yaxın azalıb

Tarix: 17 Mar 2026 13:57

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,2% azalaraq 2 milyard 599 milyon ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 7,98% ( 207,5 mln. dollar), özəl sektorun payı 82.55% ( 2 mlrd. 146 mln. dollar), fiziki şəxslərin payı isə 9.47% (246 mln. dollar) təşkil edib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə dövlət sektorunun idxalı 8.5 dəfə, fiziki şəxslərin idxalı 29,2% azalıb, özəl sektorunun idxalı isə 5,9% artıb.

Qeyd edək ki, ötən iki ayda dövlət sektorunun ixracı 1 milyard 333 milyon ABŞ dolları, özəl sektorun ixracı 2 milyard 318 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 13,7 milyon ABŞ dolları təşkil edib.

İlahə Səlimova fiziki şəxslər dövlət sektoru özəl sektor idxal əməliyyatları

Xəbər Lenti