Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 15:39
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 41 milyon 70 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur. Ötən ilin yanvar–fevral aylarında pambıq ixracının dəyəri 28 milyon 423 min ABŞ dolları təşkil etmişdi.
Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 1 milyon 962 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 19% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 1,12%-ni, idxal isə ümumi idxalın 0.08%-ni təşkil edib.
İlahə Səlimova pambıq ixrac idxal