Cümə axşamı, 14 May, 2026
Tarix: 26 Nov 2023 22:06
Göygöldə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.
Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.
Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin 2 yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfində mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
