Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 11:53
Dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.
APA xəbər verir ki, bu, "Dövlət qulluğu haqqında" qanuna və digər qanunvericilik aktlarına təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğu sistemində nəzərdə tutulan dəyişikliklərdən biri kimi dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.
Bu əlavələrə staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr daxildir.
Qeyd edək ki, staja görə əlavələr staj dövründən asılı olaraq vəzifə maaşının 5-30 faizi aralığında verilən əlavədir.
Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə isə müəyyən olunmuş dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşının 15 faizi həcmində verilən əlavədir.
Nəzərdə tutulan bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə qurulmasına, həmin sistemin sabit və vahid strukturunun formalaşmasına yönəlib.
Əlavə edək ki, qanuna təklif edilən dəyişikliklərdə dövlət qulluğunda mükafat sisteminin ləğv olunması da nəzərdə tutulur.
Layihəyə əsasən, dövlət qulluğunda çalışanlara dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.
Firuzə Vahid Dövlət qulluqçusu əməkhaqqı əlavə mükafat