Kreml: Moskva Avropadan enerji əməkdaşlığı üçün siqnal almayıb

Tarix: 18 Mar 2026 14:18

Moskva enerji sektorunda əməkdaşlığı davam etdirmək üçün Avropa ölkələrindən heç bir siqnal almayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya avropalılardan dialoq aparmaq istədikləri barədə heç bir siqnal almayıb.

“Digər tərəfdən, bu, heç vaxt gec deyil. Prezident Putin konstruktiv dialoqa açıqdır”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi, həmçinin, qeyd edib ki, Rusiyanın Avropa qaz bazarlarından vaxtından əvvəl çıxması məsələsinə baxılır: “Hazırkı vəziyyətin bütün xüsusiyyətləri nəzərə alınmaqla dərin təhlil aparılır”.

Fərid Əkbərov Rusiya Kreml Avropa ABŞ Peskov

Xəbər Lenti