Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 15:46
Şuşa şəhərində Novruz bayramı münasibətilə bayram yarmarkası təşkil olunub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, “Güllü bağ” ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada sakinlərin əl işləri, səmənilər, bayram xonçaları və müxtəlif milli şirniyyatlar təqdim olunub. Yarmarkada şəhər sakinləri ilə yanaşı, Şuşaya gələn qonaqlar da iştirak edir.
Novruz yarmarkasının bir həftə davam edəcəyi bildirilir.
Elgün Gəncimsoy Şuşa Novruz yarmarka








