Misir Qəzzada fələstinli qaçqınlar üçün 2 düşərgə tikəcək

Tarix: 25 Feb 2024 07:51

Qəzza zolağında köçkünlər üçün iki yeni düşərgə tikiləcək. Humanitar layihə Misir tərəfindən həyata keçirilir.

APA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Düşərgələrdən biri anklavın cənub hissəsində, digəri Der əl-Bəlahın şimalında tikiləcək.

“Hazırda Xan Yunis şəhəri yaxınlığında iş gedir. Gələn həftə ərzində düşərgənin açılması planlaşdırılır”, - deyə telekanal əlavə edib.

Xəbər Lenti